• 26 Aprel 2024
logo
“Soçi Bəyanatı diplomatik qələbələrimizin davamıdır”

“Soçi Bəyanatı diplomatik qələbələrimizin davamıdır” - Tural İsmayılov

“Düşünürəm ki, Soçi Bəyanatı Azərbaycanın qazandığı hərbi zəfərdən sonra diplomatik qələbələrimizin davamıdır”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib. Ekspert əlavə edib ki, indiyə qədər 10 noyabr bəyanatının müddəalarından irəli gələn şərtlərin yerinə yetirilməsində Ermənistan tərəfində passivlik müşahidə edilirdi: “Ermənistan müəyyən dairələrin təhrikləri nəticəsində bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirdi. Təbii ki, Ermənistanın 10 Noyabr Bəyanatı, eyni zamanda 11 yanvarda əldə olunmuş razılaşmanın diktə elədiyi şərtləri yerinə yetirməməsi bütövlükdə regionda aqressivliyə, sülh və ertimad mühitinin yaranmasının gecikməsinə, eyni zamanda Zəngəzur dəhlizi, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı məsələlərin məntiqi sonluğa çatmasına əngəl törədirdi. Amma Soçi Bəyanatında Rusiya prezidenti konkret olaraq bir daha vurğuladı ki, regonda Azərbaycan Prezidenti tərəfindən irəli sürülən 3+3 formatı mühüm əhəmiyyətə malikdir. Eyni zamanda Cənubi Qafqazda sülh və sabitlik Rusiyanın maraqlarına xidmə edir. Bu Ermənistanın kapitulyasiyadan sonra növbəti məlubiyyətidir. Ermənistan 10 noyabr bəyanatının müddəalarını yerinə yetirsəydi, bəlkə də Soçi görüşünə ehtiyac qalmayacaqdı. Soçi bəyanatı nəticəsində Zəngəzur dəhlizinin açılması, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasında növbəti bir mərhələ olacaq. Bu gələcəkdə iki ölkə arasında əlaqələrin inkişafında və bütövlükdə Cənubi Qafqazın qlobal kommunikasiya xətlərinin mərkəzi nöqtələrindən birinə çevrilməsinə səbəb olacaq”.

Əli