• 8 Dekabr 2021
logo
Tural Gəncəliyev ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi ilə bağlı xatirə medallarının fotosunu paylaşıb

Tural Gəncəliyev ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi ilə bağlı xatirə medallarının fotosunu paylaşıb

Milli Məclisin Xankəndi şəhərindən olan deputatı Tural Gəncəliyev ermənilərin Azərbaycanın Qarabağ bölgəsində ilk dəfə məskunlaşmasının 150 illiyinə həsr olunmuş xatirə medallarının fotosunu paylaşıb.
Tural Gəncəliyev bununla bağlı "Twitter" hesabında paylaşım edib.
"Bu medallar Rusiya və İran arasında nizamlanma prosesinin - Türkmənçay müqaviləsinin 150 illiyi ilə əlaqədar 1978-ci ildə buraxılıb", - deyə o, paylaşımında yazıb.