• 29 Mart 2024
logo
Azərbaycan Hərbi Hava Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir

Azərbaycan Hərbi Hava Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir

Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təlimi çərçivəsində Hərbi Hava Qüvvələri (HHQ) qarşıya qoyulan tapşırıqları icra edir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, plana uyğun olaraq HHQ-nin idarəetmə qrupuna müdaxilələr əsasında daxil olan məlumatlar xəritə üzərinə işlənilir.
Təlimə cəlb olunan aviasiya və hava hücumundan müdafiə vasitələri tapşırıqları dəqiq və effektiv icra edirlər.