• 29 Mart 2024
logo
Paşinyan Moskvada Böyük Vətən müharibəsində qələbənin 75-ci ildönümündə nəyi qeyd edəcək?

Paşinyan Moskvada Böyük Vətən müharibəsində qələbənin 75-ci ildönümündə nəyi qeyd edəcək?

Yerevana səfəri zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun qarşısında təkcə ikitərəfli münasibətləri və Qarabağ münaqişəsini deyil, həm də Böyük Vətən müharibəsində qələbənin 75-ci ildönümünün qeyd olunmasına hazırlıq məsələsini müzakirə etmək tapşırığı dururdu.
Nəzərə alsaq ki, Nikol Paşinyanı Rusiyada ciddi qəbul etmirlər, o, Vladimir Putinlə görüşmək üçün bütün imkanlardan istifadə edir. S.Lavrovla danışıqlar zamanı N.Paşinyan Moskvada Qələbə gününə həsr olunmuş tədbirlərdə iştirak dəvətini böyük sevinclə qəbul etdi. N.Paşinyanın nəyə görə Moskvaya can atmaq istəməsinin motivini başa düşmək çətin deyil. Qəribə odur ki, Yerevanda olduğu müddətdə S.Lavrov bu ölkədə faşizmin qəhrəmanlaşdırılması məsələsinə, eləcə də BMT Baş Assambleyasının qəbul etdiyi qətnaməyə toxunmağı lazım bilmədi.
Bununla belə, noyabrın 7-də Rusiyanın müəllifi olduğu “nasizmin, neonasizmin, irqçiliyin müasir növlərinin eskalasiyasına xidmət edən digər təcrübələrin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və bununla bağlı dözümsüzlüyün qəhrəmanlaşdırılması” barədə qətnamə layihəsi qəbul edilib.
Sənəddə “nasist hərəkatının, neonasizmin və “Waffen-SS” təşkilatının keçmiş üzvlərinin istənilən formada qəhrəmanlaşdırılması ilə bağlı dərin narahatlıq” ifadə olunub. Söhbət onlara heykəl və xatirə lövhəsi qoyulmasından, nasist keçmişinin, nasist hərəkatının və neonasizmin mədh olunması məqsədilə ictimai nümayişlərin keçirilməsindən, eləcə də onların qəhrəmanlaşdırılması üçün küçələrin adlandırılmasından gedir. Bir sözlə, söhbət son vaxtlar Ermənistanda Njdenin nəinki heykəlinin qoyulmasından, həm də ona pərəstişin olmasından gedir.
Ermənistanda onun işləri təkrar nəşr olunur, xatirə sikkələri hazırlanır, barəsində sənədli və bədii filmlər çəkilir. Yerevanda Njde adına meydan var, Ermənistan ordusunun mükafatlarından biri “Qaregin Njde” medalıdır. Rusiya üçün prinsipial olan məsələni nəzərə alsaq, rusiyalı nazir nəinki Njdenin heykəlinin sökülməsini tələb etdi, hətta sadəcə susdu. S.Lavrova BMT Baş Assambleyasının 73-cü sessiyasında səsləndirdiyi fikirləri xatırlatmaq yaxşı olardı: “Ukraynada müharibə nasistləri və onların əlaltılarını qəhrəman elan etmiş Kiyevin siyasətinin nəticəsidir”. Bəyəm Ermənistanla və Yerevanın Qarabağdakı işğal siyasəti ilə bağlı vəziyyət eyni deyil?