• 25 Aprel 2024
logo
ABŞ-ın Azərbaycandakı səfiri Zəngəzur dəhlizinin açılması məsələsinə münasibət bildirib

ABŞ-ın Azərbaycandakı səfiri Zəngəzur dəhlizinin açılması məsələsinə münasibət bildirib

“Sürətli bərpa işlərinin aparılması çox müsbət haldır. Regional nəqliyyat dəhlizləri, regional əməkdaşlıq dəhlizləri haqqında danışarkən demək istəyirik ki, ABŞ bütün regional əlaqələrin qurulmasında - bunlar quru nəqliyyatı, dəmiryolu nəqliyyatı, hava nəqliyyatı vasitəsilə ola bilər - çox maraqlıdır”.
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Zəngəzur dəhlizinin açılması məsələsinə münasibət bildirirkən deyib.
Səfir ABŞ-ın regionun hər 3 ölkəsi arasında iqtisadi inkişafı təşviq edən bu cür addımları dəstəklədiyini bildirib: “ABŞ tərəflərlə danışıqlar aparmağa davam edir ki, inkişafı dəstəkləyən addımlara öz töhfəsini versin”.