• 17 Aprel 2024
logo
Bir sıra ABŞ şirkəti Azərbaycanın azad olunmuş ərazilərində işə başlamaq üçün müqavilə bağlayıb

Bir sıra ABŞ şirkəti Azərbaycanın azad olunmuş ərazilərində işə başlamaq üçün müqavilə bağlayıb

“ABŞ şirkətləri Azərbaycanın bütün ərazisində iqtisadi inkişafa yardım göstərmək bacarığındadır”.
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger deyib.
Diplomat bildirib ki, bir sıra ABŞ şirkətləri yenidən bərpa olunan ərazilərdə işlərə başlamaq üçün müqavilələr bağlayıb.
“Azərbaycan daha çox ABŞ şirkətinin gəlməsində, Azərbaycana sərmayə yatırmasında maraqlıdırsa, tövsiyə edirəm ki, açıq tenderlər keçirməyə başlasın və bu açıq tenderlər nəticəsində ABŞ şirkətləri buradakı proqramlara müraciət edə bilsin. Bu açıq tenderlər nəticəsində ABŞ şirkətləri dəqiq bilsin ki, Azərbaycan hansı istiqamətlərdə maraqlıdır, onlar da buradakı inkişafa öz töhfələrini verə bilsinlər”, - deyə səfir vurğulayıb.
Səfir əlavə edib ki, ABŞ humanitar addım olaraq minalardan təmizlənməni ən vacib məsələlərdən biri hesab edir: “ABŞ bu məsələyə öz töhfələrini verməyə hazırdır”.