• 25 Aprel 2024
logo
"İran Yuqoslaviyanın taleyini yaşaya bilər"

"İran Yuqoslaviyanın taleyini yaşaya bilər"

Fazil Əliyev: “Gürcüstan da Türk birliyinə qoşulsa gələcəkdə türk dövlətlərinin ciddi dəstəyini ala bilər”

3+3 format Rusiya, İran, Türkiyə və Azərbaycan, Ermənistan, Gürcüstan nəzərdə tutur. Bəzi yoldaşlar Rusiya Gürcüstan arasında olan gərgin münasibətlərə rəğmən bu formatın reallaşmasını qeyri real olduğunu söyləyirlər. Bu formatın ilkin versiya və təklifini Rusiya və Türkiyə birlikdə irəli sürüb. Məqsəd ABŞ və digər super dövlətləri regiona daxil olmağa və buradakı geopolitik vəziyyət daha da gərginləşdirməmək üçün nəzərdə tutulur. Düşünürəm ki indiki real durumda bu formatın alternativi yoxdur əgər varsa deməli regionu Suriya ssenarisi gözləyir.
Bu fikirləri “Xalq Cəbhəsi”nə Gürcüstan Naminə Siyasi Partiyanın sədri Fazil Əliyev bildirib. Onun sözlərinə görə, Rusiya imkan verməz ki, ABŞ və digər dövlətlər qonşu dövlətləri NATO-nun tərkibinə almaqla Rusiyanı izolyasiyaya salsınlar: "Həm də regiona başqa super oyunçuların daxil olması İranın xeyrinə deyil. Real durum bu formatın Türkiyə üçün də əlverişli olduğunu təsdiqləyir. Bu formatın taleyi əsasən Azərbaycan Ermənistan münasibətlərinin normallaşmasında, Zəngəzur koridorunun açılması reallaşdıqdan sonra mümkündür. Çünki bu hadisə regionun geopolitikasini dəyişməklə yanaşı Azərbaycan və Türkiyəni əsas oyunçuya çevirir, İranın isə bu reallığı qəbul etməkdən başqa yolu qalmır". Partiya sədri onu da deyib ki, Əfqanıstan hadisələri İranın mövqeyini zəiflətməklə yanaşı Pakistanı da regionda əsas fiqurlardan birinə çevirir ki, Azərbaycan,Türkiyə, Pakistan üçbucağı regionun aparıcı əsas qüvvələri olacağini bir daha sübutlayır: "Rusiya və İran Türkiyə qarşısında əvvəlki güclü mövqelərini itirsələr də müvəqqəti də olsa bir dövlət kimi məhv olma təhlükəsindən siğortalanırlar, amma müvəqqəti. Gələcəkdə regionun taleyi əsas oyunçularının Azərbaycan Türkiyə Pakistan tərəfindən həll ediləcəyi qaçılmazdir. İran da bu formata daxil olmaq istəmədiyindən Rusiyanın təkidi onları bir çox strateji pretenziyalarından əl çəkməyə məcbur edəcək. Yəni Zəngəzur dəhlizinin açılmasına maneçilik tôrədə bilməyəcək, yox əgər İran tərslik edib bu axmaq xarici siyasətini davam etdirərsə, onda Cənubi Azərbaycanı itirməklə İranın bir dövlət kimi demontaj prosesi başlayacaq və İran Yuqoslaviyanın taleyini yaşayacaq. Bu işdə Azərbaycana qardaş Türkiyə, Pakistanla yanaşı İranla çoxdan haqq hesab çəkmək istəyən, Azərbaycanla dərin hərbi, iqtisadi və s. sahələrdə yaxın əməkdaşlığı olan İsrail də həlledici rol oynaya bilər. İnformasiya sahəsində və faktiki olaraq dünyada ən güclü diaspora və lobbi təşkilatları olan İsrailin Azərbaycanın yanında olması İranın mövqelərinin güclənməsi perspektivini sıfıra endirir". Elnur
Partiya sədri onu da qeyd edib ki, İranın nüvə silahı istehsalı təhlükəsinin yaxınlaşması reallığı ABŞ və Avropanın digər super dövlətlərinin də Tehrana qarşı Azərbaycanı dəstəkləyəcəyi realdır. Baş verəcək bu proseslər Rusiyanın, Çinin və Hindistanın planlarına tam uyğun olmasa da, başqa çıxış yollari qalmır.
Onun sözlərinə görə, bu formatla Ermənistan "Böyük Ermənistan" qurmaq xəyalından əlvida deməklə yanaşı Ermənistanın Azərbaycanla Türkiyə arasında əriyərək bir dövlət kimi yox olma təhlükəsindən müvəqqəti sığortalayır: "Gürcüstan seçkilərdən sonra 3+3 formata getməyə məcbur ediləcək və başqa yol da qalmayacaq. Gürcüstanın bir dövlət kimi məhv olmamasının qaranti indiki durumda yalnız Türkiyə dövləti ola bilər. Türkiyə dövlət olaraq Gürcüstanın Avropaya fokuslanması kursunu dəstəkləmir və hər vasitə ilə çalışacaq ki, ABŞ və digər Avropa dövlətləri regiona və xüsusən də Gürcüstana daxil ola bilməsinlər: "Azərbaycanın, Türkiyənin mövcud Gürcüstan hakimiyyətini dəstəkləməsinin əsas səbəblərindən biri Qaribasvilini hakimiyyətdə saxlamağa köməklik göstərməklə 3+3 formatının reallaşdirmasına nail olmaqdır. Gurcustanda hakimiyyət dəyişikliyi baş verərsə, Avropapərəst qüvvələrin təkrar hakimiyyətə qayıtmaq təhlükəsi yaranarsa Gürcüstan uzun müddət separatçı Abxaziya və Osetiya cəbhələrində lokal müharibələrə cəlb edilməklə çökdürülə bilər. Kimsə düşünməsin ki, Rusiya kimi super dövlət onun sərhədlərində NATO qoşunlarının və raketlərinin yerləşdirilməsinə imkan versin. O haldakı nə vaxt rus tankları Tiflisdən cəmi 38 km məsafədə yerləşirlər. Ona görə də Macarıstan, Ukrayna və s. dövlətlər kimi Gürcüstan da Türk birliyinə qoşulsa bu formatda iştiraki ilə yanaşı həm də Türk dövlətlərinin gələcəkdə ciddi dəstəyini ala bilər. Düşünürəm ki, qardaş gürcü xalqı öz seçimini düzgün edəcək Türk birliyinə daxil olmaq strategiyasını secəcək ki, Gürcüstan dövlətçiliyimizi bu ağır durumda xilas edə bilək".
Cavid