• 19 Aprel 2024
logo
BMT QAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Ağdama səfər edib

BMT QAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Ağdama səfər edib

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Quido Ambroso Ağdama səfər edib.
Bu barədə Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter” hesabında yazıb.
Xüsusi nümayəndə qeyd edib ki, bu gün BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Guido Ambroso və rəhbərlik etdiyi nümayəndə heyəti Ağdama səfər edib və erməni vandalizmi nəticəsində dağıdılmış ərazilərin canlı şahidi olub.