• 30 Noyabr 2021
logo
Almaniya Bundestaqının nümayəndə heyəti Azərbaycana səfər edəcək

Almaniya Bundestaqının nümayəndə heyəti Azərbaycana səfər edəcək

Almaniya Bundestaqından nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib.
Səfərin məqsədi Almaniya Bundestaqının Beynəlxalq Parlament Təqaüd proqramı (İPS) üçün Azərbaycandan olan namizədləri seçməkdir. Nümayəndə heyətinə Bundestaqın deputatı Carl-Julius Cronenberg rəhbərlik edəcək.
Səfər noyabrın 1-2-də reallaşacaq.
Qeyd edək ki, İPS proqramı çərçivəsində dünyanın 44 ölkəsindən 120 təqaüdçü 1 mart - 31 iyul 2022-ci il tarixinədək Almaniya Bundestaqı tərəfindən tam maliyyələşdirilən təqaüd çərçivəsində Almaniyanın parlamentar sistemi ilə tanış olmaq imkanı əldə edirlər.