• 8 Dekabr 2021
logo
"Ermənilərin on minlərlə qəbrimizi dağıtması faktını BMT-ə təqdim etmişik"

"Ermənilərin on minlərlə qəbrimizi dağıtması faktını BMT-ə təqdim etmişik"

Niyaməddin Orduxanlının aparıcı olduğu AXC TV-də "Həftənin yekunu"nun bu dəfəki qonağı tanınmış hüquq müdafiəçisi Sahib Məmmədov olub. Verlişdə həftə ərzində ölkəmizdə, beynəlxalq müstəvidə və regonda baş vermiş hadisələr geniş müzakirə olunub. Müzakirə zamanı, prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın Zəngilanın işğaldan azad olunması günü Zəngilanda rayon ictimaiyyəti ilə görüşü və Prezidentin ictimaiyyətə verdiyi yeni mesajlar, işğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işlərinin aparılması, İran Azərbaycan münasibətlərində gərginliyin azalma səbəbləri, İran prezidentinin bu həftə Prezident İlham Əliyevə etdiyi müraciət, Türkiyə prezidenti Ərdoğanın İran Azərbaycan gərginliyi ilə bağlı açıqlamasının sətiraltı mənası və İrana yönəlik mesaj, Rusiya prezidenti Putinin bu həftə mətbuata verdiyi açıqlamada Azərbaycanla Ermənistanın komunikasiya əlaqələrinin açılması və sərhədlərin müəyyən edilməsi anonsunun verməsi, noyabrda Azərbaycanla Ermənistan arasında yeni sənədin imzalanmasının gözləntiləri, ermənilərin Qarabağda on minlərlə qəbrimizin dağıtması faktını BMT-ə təqdim olunması, Qarabağda ermənilər yaşayan ərazilərin Azərbaycanın yurisdiksiyasına necə keçəcəyi prosesi, BMT-nin İnsan Hüquqları Komitəsində və BMT-nin İqtisadi, Sosial və Mədəni Hüqüqlar Komitəsində keçirilən brifiqin təfərrüatları, Sosial Tədqiqatlar Mərkəzinin son zamanlar apardığı sorğular və gördüyü işlər və digər məsələrdən danışılıb. Həmin verlişin videosunu təqdim edirik: