• 29 Mart 2024
logo
XİN rəhbəri: “Xorvatiya və Azərbaycan arasında mükəmməl əlaqələr var”

XİN rəhbəri: “Xorvatiya və Azərbaycan arasında mükəmməl əlaqələr var”

“18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edirəm”.
Bunu Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radman azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, iki ölkə arasında mükəmməl əlaqələr və müxtəlif sahələr üzrə geniş əməkdaşıq mövcuddur.
Nazir ötən il ölkəsində baş vermiş zəlzələ zamanı dəstək təklifi ilə çıxış etdiyinə görə Azərbaycana təşəkkür edib, bunu yüksək qiymətləndirdiklərini əlavə edib.
“Azərbaycan və Xorvatiya strateji tərəfdaşdırlar. 2019-cu ildə Xorvatiyanın Bakıda səfirliyi fəaliyyətə başlayıb. Azərbaycana mənimlə birgə xorvatiyalı iş adamları da gəlib, onlar azərbaycanlı həmkarları ilə görüşəcək. Xorvatiyanın Azərbaycana təklif edəcəyi çox şey var. İnformasiya, texnologiya, gəmiqayırma, ərzaq, turizm, əczaçılıq, müdafiə sənayesi və minatəmizləmə sahəsində əməkdaşlığımız mümkündür. Ölkəmizin bu sahədə yaxşı təcrübəsi var. Biz inanırıq ki, bu səfərlə iqtisadi əməkdaşlığımızı daha da gücləndirəcəyik”, - XİN rəhbəri vurğulayıb.
O qeyd edib ki, C. Bayramovla görüşdə Cənubi Qafqazdakı vəziyyəti və “Şərq Tərəfdaşlığı”nı müzakirə edib: “Bu günlərdə Avropa İttifaqının Xarici İşlər Şurasının iclasında “Şərq Tərəfdaşlığı”nı müzakirə etdik. Xorvatiya bu formatı dəstəkləyir. Dekabrda keçiriləcək “Şərq Tərəfdaşlığı” Sammitində biz öhdəliyimizi təkrar edəcəyik. Sammitin birgə bəyanatını hazırlayırıq”.