• 19 Mart 2024
logo
Səfir: “ABŞ müstəqil Azərbaycana dəyər verir”

Səfir: “ABŞ müstəqil Azərbaycana dəyər verir”

ABŞ səfiri Li Litzenberger 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bu barədə ABŞ səfirliyinin "Facebook" hesabında paylaşım edilib.
“Müstəqilliyin Bərpası Gününün 30-cu ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Bu əlamətdar gündə amerikalılar bütün azərbaycanlılara ən xoş arzularını çatdırır. Azərbaycan 30 illik müstəqillik dövründə böyük uğurlar qazandı. ABŞ, birlikdə qurduğumuz dostluğu yüksək qiymətləndirir və müstəqil Azərbaycana dəyər verir. Təhlükəsizlik, enerji və iqtisadi inkişaf, insan hüquqlarının və əsas azadlıqların qorunması kimi vacib məsələlərə əhəmiyyət veririk. Müstəqilliyin Bərpası Günündə ABŞ adından Azərbaycan Respublikasının xalqını təbrik edirəm!”, - səfir qeyd edib.