• 19 Mart 2024
logo
Gürcüstan XİN Azərbaycan xalqını təbrik edib

Gürcüstan XİN Azərbaycan xalqını təbrik edib

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Bu barədə Gürcüstan XİN-in "Twitter” hesabında paylaşım edilib.
"Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq. Biz Gürcüstan və Azərbaycanın möhkəm strateji tərəfdaşlığını yüksək qiymətləndiririk və xalqlarımızın xeyri üçün bunu daha da inkişaf etdirəcəyik", -deyə təbrikdə qeyd olunub.
Müstəqilliyin bərpasının ildönümü münasibəti ilə Gürcüstan Baş nazirin birinci müavini, xarici işlər naziri David Zalkaliani də Azərbaycanı təbrik edib.
D. Zalkalianinin bu barədə “Twitter” hesabında paylaşımında deyilir: “Bizim strateji tərəfdaşımız olan Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibəti ilə mən səmimi qəlblə təbrik edir və Azərbaycan xalqına uğur və firavanlıq arzu edirəm”.