• 19 Mart 2024
logo
Azərbaycan BMT məhkəməsini Ermənistana qarşı müvəqqəti tədbirlər tətbiq etməyə çağırır

Azərbaycan BMT məhkəməsini Ermənistana qarşı müvəqqəti tədbirlər tətbiq etməyə çağırır

Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı iddiası üzrə Beynəlxalq Ədalət Məhkəməsində dinləmə keçirilir.
Azərbaycan tərəfinin nümayəndəsi, xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT məhkəməsində çıxışında bildirib ki, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən təcili olaraq Ermənistana qarşı müvəqqəti aralıq tədbirlərinin tətbiq edilməsini zəruri hesab edir.