• 19 Mart 2024
logo
Türkiyə XİN 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib

Türkiyə XİN 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Bu barədə Türkiyə XİN-in “Twitter” hesabında paylaşım edilib.
“Can Azərbaycanın müstəqilliyini yenidən qazanmasının 30-cu il dönümünü səmimi qəlbdən təbrik edirik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”, - qeyd olunub.