• 19 Aprel 2024
logo
Çavuşoğlu: “Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü Qarabağın azad edilməsi ilə daha gözəldir”

Çavuşoğlu: “Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü Qarabağın azad edilməsi ilə daha gözəldir”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Türkiyə XİN rəhbəri bununla bağlı “Twitter”də paylaşım edib.
“Qardaş Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü Qarabağın işğaldan azad edilməsi ilə daha gözəldir. Üçrəngli bayrağınla çox yaşa, can Azərbaycan”, - M. Çavuşoğlu vurğulayıb.