• 2 Oktyabr 2022
logo
Azərbaycanla Qətər arasında viza tələbi ləğv edilib

Azərbaycanla Qətər arasında viza tələbi ləğv edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş” imzalanıb.
Sazişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qətərin Baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani imzalayıb.