• 23 Aprel 2024
logo
Prezidentin köməkçisi: “Keçən il bu gün Ermənistan Gəncəyə yenidən ballistik raketlər atdı”

Prezidentin köməkçisi: “Keçən il bu gün Ermənistan Gəncəyə yenidən ballistik raketlər atdı”

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçən il bu gün Füzuli şəhərinin işğaldan azad edilməsi və Ermənistan tərəfindən növbəti dəfə Gəncəyə raket zərbəsi endirilməsi ilə bağlı “Tvitter”-də paylaşım edib.
H. Hacıyev bu gün şöhrət, şərəf və kədərin qarışıq olduğunu vurğulayıb.
Prezidentin köməkçisi keçən il bu gün erməni qüvvələrinin Fizulidəki əsas müdafiə xəttinin dağıdıldığını və şəhərin azad edildiyini xatırladıb: “Ermənistan silahlı qüvvələri qisas almaq üçün alçaq və alçaq şəkildə Gəncənin günahsız mülki əhalisinə yenidən ballistik raketlər atdı”.