• 19 Mart 2024
logo
Diplomatik korpus nümayəndələrinin Suqovuşan və Talışa səfəri yekunlaşıb

Diplomatik korpus nümayəndələrinin Suqovuşan və Talışa səfəri yekunlaşıb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə Azərbaycandakı diplomatik korpusun Suqovuşan qəsəbəsi və Talış kəndinə səfəri yekunlaşıb.
Diplomatlar Suqovuşan və Talış yaşayış məntəqələri erməni işğalından azad olunandan sonra burada aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar.