• 8 Dekabr 2021
logo
Fələstin səfiri Suqovuşana səfərindən təsirləndiyini deyib

Fələstin səfiri Suqovuşana səfərindən təsirləndiyini deyib

“Mən bu səfərdən təsirlənmişəm. Əslində bu, mənim Qarabağa ilk səfərim deyil, azad olunmuş torpaqların çox hissəsinə səfər etmişəm. Ancaq təbii ki, bu əraziyə, Suqovuşana ilk səfərimdir”.
Bunu Suqovuşanda səfərdə olan Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim deyib.
Səfir bildirib ki, bu səfərində də digər səfərlərində olduğu kimi çox təsirlənib: “Qarabağda yenidən qurma və tikinti işlərində Azərbaycan xalqının və hökumətinin qərarlılığı və sürəti təsirlidir. Bu, regionun sənaye potensialını göstərir, eyni zamanda, Azərbaycan hökumətinin baxışını əks etdirir. Bütün bunlar mənə optimizm hissi verir. Bu, müharibə erasından sülh erasına keçidi göstərir. İnkişaf, konstruksiya davam edir. Azərbaycanlılar sülh içində yaşamağı haqq edir”.
“Mən müqəddəs yerlərin dağıdlıdğını gördüm və fikrim budur ki, istənilən din və inanclara aid müqəddəs yerlər dağıdılmamalıdır”, - deyə səfir əlavə edib.