• 19 Mart 2024
logo
Polşa səfiri: “Azad edilmiş ərazilərdə infrastrukturun qurulması prosesində iştirak üçün Azərbaycan hökumətinə təkliflər vermişik”

Polşa səfiri: “Azad edilmiş ərazilərdə infrastrukturun qurulması prosesində iştirak üçün Azərbaycan hökumətinə təkliflər vermişik”

"İlk dəfədir ki, buraya səfər edirəm, lakin daha əvvəl işğaldan azad olunmuş ərazilərdə olmuşam, Şuşaya diplomatik nümayəndələrin səfərində iştirak etmişəm”.
Bunu Suqovuşanda səfərdə olan Polşanın Azərbaycandakı səfiri Rafal Poborski bildirib.
İlk təssüratlarını bölüşən səfir deyib ki, burada vəziyyət gələcək vəd edir: “İşğaldan azad olunmuş ərazilərin böyük turistik potensialı var. Həmçinin infrasturkturun bərpası işlərinin necə sürətlə aparılması təsirlidir. Bakıdan buraya rahat yolla gəlirsən, yolun çəkilişi tamamlanıb. Təbii ki, hələ görüləsi işlər çoxdur. Lakin bu ərazilərdə kədərli məqam odur ki, hələ burada çox az insan var, insanlar bu ərazilərə qayıtmalıdır”.
Səfir bildirib ki, bu regionda barışıq bərpa olunmalıdır, bütün etnik tərkibi müxtəlif insanlar Qarabağa qayıtmalı, sülh içində normal həyatı bərpa etməyə başlamalıdır: “Hələ ki, bu ərazilərdə Polşa şirkətləri yoxdur, infrastrukturun qurulması prosesində iştirak etmir, ancaq biz bununla bağlı artıq Azərbaycan hökumətinə bəzi təkliflər vermişik, mümkün imkanlar barədə Polşa şirkətlərini də məlumatlandırmışıq ki, onlar razılıq olarsa, hansı istiqamətlərdə çalışa bilər. Yekun olaraq deyə bilərəm ki, bu istiqamətdə biz azərbaycanlı həmkarlarımızla işləyirik”.