• 19 Mart 2024
logo
Qırğızıstan səfiri Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrindən ibarət 5+3 formatının yaradılmasını təklif edib

Qırğızıstan səfiri Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrindən ibarət 5+3 formatının yaradılmasını təklif edib

Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmanaliyev perspektivdə beş Mərkəzi Asiya və üç Cənubi Qafqaz ölkəsi olmaqla, 5+3 regionlararası formatının yaradılmasını təklif edib.
Suqovuşanda səfərdə olan səfir jurnalistlərə açıqlamasında deyib ki, artıq Cənubi Qafqazda geri dönməz dəyişiklik baş verib, üçtərəfli razılaşmadan xeyli müddət keçib, hansısa revanşist planlar arxada qalıb.
K. Osmanaliyevin sözlərinə görə, hamı başa düşür ki, konstruktiv hərəkət etmək lazımdır: “Azərbaycan davamlı olaraq sülhpərvər siyasət həyata keçirir, dialoqa, sərhədlərin delimitasiyası və demarkasiyasına hazırdır. Bu, artıq diplomatiyanın məsələsidir. Kim bu prosesin məntiqi sonluğa çatmasını tormozlamağa çalışmaq istəyirsə, bu prosesin dönməz olduğunu başa düşməlidir. Bu məsələlərin həlli tək Cənubi Qafqazda deyil, ümumən bölgədə müsbət rol oynayacaq. Mən Qırğızıstan təmsilçisi kimi perspektivdə 5+3 regionlararası formatını təklif edirəm. Söhbət 5 Mərkəzi Asiya və 3 Cənubi Qafqaz ölkəsindən gedir. Əməkdaşlıq, qarşılıqlı mənfəətə əsaslanan ticarət bütün bölgəyə sülh və rifah gətirəcək. Biz Cənubi Qafqazın regionunun qonşusu kimi uzun illər donmuş vəziyyətdə qalmış münaqişənin həll edilməsinə çox şadıq”.