• 4 Dekabr 2021
logo
Türkiyə səfiri: “Qarabağ ağıllı şəhər və kəndləri, məhsulları ilə də məşhur olacaq”

Türkiyə səfiri: “Qarabağ ağıllı şəhər və kəndləri, məhsulları ilə də məşhur olacaq”

“Suqovuşanın möhtəşəm təbiəti var”.
Bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı bildirib.
Səfir bundan əvvəl Azərbaycanın işğaldan azad edilmiş Füzuli, Ağdam, Şuşa şəhərlərinə də səfər etdiyini xatırladıb: “Qarabağın hər yeri gözəl və dəyərlidir. Mən səfir təyin ediləndə demişdim ki, Qarabağ Azərbaycanın qəlbidir. İnşaallah, yaxın zamanlarda Qarabağ ağıllı şəhər və kəndləri, təsərrüfatı, məhsulları ilə də məşhur olacaq. Burada çox gözəl tut ağacları var. İnşallah, dünyanın ən keyfiyyətli ipəyi də burada istehsal olunacaq”.