Niyaməddin Orduxanlı: “Azər Qasımlı yeni Hitlerin yaranmasını partiyanın parçalanmasından üstün tutub”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı REAL-dan istefa verən Azər Qasımlının uğursuz atmacalarına münasibət bildirib. Sabiq REAL-çını qeyri-ciddiliyinə diqqət çəkən Niyaməddin Orduxanlı onun məntiqsiz fikirlərindən nümunə gətirib: “Azər Qasımlı deyir ki, İlqar Məmmədov REAL-da avtoritar idarəetmə yaratmaq istəyir, hətta onu Hitlerlə də müqayisə edib. Amma bu gerizəkalı eyni zamanda iddia edir ki, REAL AXCP-nin taleyin yaşamasına deyə, o bu prosesə müqavimət göstərməyib, hətta qurultay çağırılması üçün də İlqar bəyə kömək edib. Yəni bu səviyyəsiz adam yeni Hitlerin yaranmasını partiyanın parçalanmasından üstün tutub. Axı Hitlerə partiya lazımdır”.
Niyaməddin Orduxanlı Azər Qasımlının BAXCP-nin adını da öz səviyyəsinə uyğun tələffüz etdiyini xatırladıb və bildirib ki, bütün bunlar onun hansı səviyədə “siyasətçi” olduğunun göstəriçisidir.