• 21 Noyabr 2019
logo
add image
Korrupsiyaya qarşı Mübarizə Bİ-də Əməliyyat İdarəsinə yeni rəis təyin olunub

Korrupsiyaya qarşı Mübarizə Bİ-də Əməliyyat İdarəsinə yeni rəis təyin olunub

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yeni təyinat olub.
Trend-in məlumatına görə, Baş prokuror Zakir Qaralov bu barədə əmr imzalayıb.
Əmrə əsasən Məmmədov Ceyhun Fəxrəddin oğlu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarə rəisi təyin edilib.
Xatırladaq ki, Əməliyyat İdarəsinin rəisi Mürsəliyev Emin Ramiz oğlu bir neçə gün öncə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.