• 21 Noyabr 2019
logo
add image
Dövlət Bayrağı Günü münasibətilə Dneprdə aksiya keçirilib

Dövlət Bayrağı Günü münasibətilə Dneprdə aksiya keçirilib

9 noyabr - Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə Ukraynanın Dnepr şəhərində bayraq aksiyası təşkil olunub.
Jurnalist Emil Hüseynlinin təşkilatçılığı ilə keçirilən “Şanlı bayrağımla şəkil” aksiyası çərçivəsində şəhər sakinlərinə və xarici qonaqlara bayrağımızın tarixi və rənglərinin mənası haqqında ətraflı məlumat verilib.
Qeyd edilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düşünülmüş siyasət nəticəsində Azərbaycan bayrağı artıq dünyanın ən ali təşkilatlarında dalğalanır. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Həmin sənəddə deyilir ki, dövlət bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib.
Qeyd edək ki, bundan əvvəl bayraq aksiyası Kiyev şəhərində də keçirilib.