"Real"a həmişə rəğbətlə yanaşmışam, orada xeyli dostlarım, şəxsi münasibətlərimin çox isti olduğu insanlar var. Amma təəssüf...
Bunu Müsavat Partiyası sədrliyinə keçmiş namizəd Yadigar Sadıqlı "Real" partiyası Məclisinin başqanı Azər Qasımlının partiyadan istefa verməsinə münasibət bildirərkən deyib.
Müsavat funksioneri bildirib: "Növbədənkənar qurultay və qurultaya qədər bütün səlahiyyətlərin sədrə verilməsi qərarları açıqlanandan Rusiyanın keçmiş baş naziri Çernomırdinin sözü beynimdə dolaşır: Nə etsək də eyni şey alınır: ya Sov.İKP, ya da Kalaşnikov avtomatı".
Xatırladaq ki, "Real" partiyası Məclisinin başqanı Azər Qasımlı sədr İlqar Məmmədovun avtoritar qərarlarına görə bu gün partiyadan istefa verib.