• 18 Aprel 2025
logo
Bakıda Aİ ilə viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə olunacaq

Bakıda Aİ ilə viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə olunacaq

Azərbaycan-Avropa İttifaqı birgə komitəsinin növbəti iclasında viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə olunacaq.
Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin sosial-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Daniilidis deyib.
O bildirib ki, iclas noyabrın 6-da Bakıda keçiriləcək.
Xatırladaq ki, Azərbaycan və Aİ sentyabr ayında readmissiya üzrə birgə komitənin iclasını keçirmişdi.