• 22 Oktyabr 2020
logo
Ayhan Dəmirçi XİN-in yubiley medalı ilə təltif edilib

Ayhan Dəmirçi XİN-in yubiley medalı ilə təltif edilib

Azərbaycan Belçika Dostluq Cəmiyyətinin sədri, Azərbaycan həqiqətlərinin Avropada təbliği yönündə misilsiz fəaliyyəti olan Ayhan Dəmirçi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən "Azərbaycan xarici siyasət orqanlarının 100 illiyi Azərbaycan Respublikasının xatirə medalı" ilə təltif edildib.
Bu barədə “Birlik” jurnalının baş redaktoru İlqar İlkin feysbuk hesabında məlumat verib.
“Medalı Ayhan bəyə Azərbaycanın Avropa İttifaqı və Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov təqdim edərkən qeyd etdi ki, Ayhan Dəmirçinin Azərbaycan və Türk Dünyası üçün bütün xidmətlərini bir kənara qoysaq belə, Avropanın siyasi mərkəzlərindən olan bir ölkədə Qarabağ atına qoyulmuş heykəl üçün gördüyü işlər onun bu fəxri medalla təmin olunmasına belə yetərlidi. Ayhan bəyi təbrik edir, Azərbaycan üçün göstərmiş olduğu fədakarlıq üçün təşəkkür edirik”.