• 3 Oktyabr 2022
logo
“İran Azərbaycanın güclü ölkə olmasından narahatdır”

“İran Azərbaycanın güclü ölkə olmasından narahatdır” - Məhəmməd Əsədullazadə

“İran bölgədə geosiyasi reallıqlar fonunda formalaşan reallığı qəbul etmək istəmir. Altılıq platformasında özünün mövqeyinin zəifləməsindən, Türkiyənin isə aktiv rol alacağından narahatdır”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O, əlavə edib ki, İran İsraili bəhanə edərək Azərbaycana təzyiq siyasəti həyata keçirir: “Amma, göründüyü kimi bu da əks effekt verir. İranın Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlər keçirməsi İranın destruktiv siyasətinin nəticəsidir və regionda müsbət siyasi-iqtisadi çağırışa dirənişidir. İran region ölkələrinin iqtisadi inteqrasiyasını qəbul etmək istəmir. Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Azərbaycan Prezidenti ötən gün bununla bağlı konkret mesajlar verdi və bu yoldan heç kəsin döndərə bilməyəcəyini bildirdi. Ölkədə yeni iqtisadi-siyasi platforma yaranıb. Türkiyə-Azərbaycanın koordinasyalı siyasi-hərbi kombinasyası uğurla inkişaf edir. Pakistan-Türkiyə-Azərbaycan hərbi ittifaqı fonunda hərbi təlimlər keçirilir. Yəni bu proses göstərir ki, Azərbaycanı regionda mövqeləri gücləndirir və gələcək perspektivdə daha da güclü ölkə olacaq”.
Ekspert əlavə etdi ki, İran məhz Azərbaycanın güclü ölkə olmasından narahatdır: “Rəsmi Tehranın bu siyasəti isteriyadan irəli gəlir. Tehran düşdüyü burulğanın içərisində çabalayır. Çalışır ki, işğal dövründəki vəziyyət yaransın. Təbii ki, bu İranın maraqlarına xidmət edir.
Xatırladım ki, Şuşanın işğalında İranın rolu hər kəsə bəllidir. İşğal olunmuş ərazilərdə daşlar belə iranlı işbazlar tərəfindən daşınrdı. İşğal dövründə Ermənistanla İran arasında iqtisadi əlaqələr var idi, birgə iqtisadi layihələr reallaşırdı. Amma indi qanunsuz addımların qarşısı qətiyyətlə alınır ki, İran bununla barışmaq istəmir.
Azərbaycan regionda təhlükəsizliyin təmin edilməsi istiqamətində uğurla addımlayır. Amma İran buna qarşı hərbi təlimlərlə təzyiq etməyə çalışır. Əlbəttə burada məğlub tərəf İran olacaq”.

Əli