• 2 İyul 2025
logo
Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq sahəsində sənəd imzalanıb

Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq sahəsində sənəd imzalanıb - FOTO 

Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq sahəsində memorandum imzalanıb.
Sənəd Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü çərçivəsində imzalanıb.
Memorandumu Azərbaycan tərəfdən müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstan tərəfdən isə müdafiə naziri Cuanşer Burçuladze imzalayıb.