• 26 Sentyabr 2022
logo
Zakir Həsənovun Gürcüstana səfəri başlayıb

Zakir Həsənovun Gürcüstana səfəri başlayıb - YENİLƏNİB-1 

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Gürcüstana səfəri başlayıb.
Nazir paytaxt Tbilisidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə əklil qoyub.
Qeyd edək ki, Z. Həsənov sabah Kaxetidə keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.
***
saat 10:09

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana yola düşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik Z.Həsənov Gürcüstanın Kaxeti bölgəsində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.
Görüşlərdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək.
***
09.40

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gürcüstana səfərə gedib.
Səfər çərçivəsində Azərbaycan və Gürcüstanın müdafiə nazirlərinin görüşü keçiriləcək.
Görüş zamanı tərəflərin iki ölkə arasındakı hərbi əməkdaşlıqla bağlı məsələləri müzakirə edəcəyi bildirilib.