• 12 İyul 2025
logo
"Təhdidlərə cavab vermək əzmindəyik" - Fəzail Ağamalı

"Təhdidlərə cavab vermək əzmindəyik" - Fəzail Ağamalı

"Bizi təhdid edən ölkələr arasında İran xüsusilə fərqlənir". Xalqcəbhəsi.az xəbər verir ki, bunu parlamentin plenar iclasında deputat Fəzail Ağamalı deyib. O, bildirib ki, İran beynəlxalq hüququ kobud şəkildə pozaraq Azərbaycan ərazilərində erməni tör-töküntülərinə yardım etməyə davam edir : Hətta bizi təhdid etməkdən belə çəkinmirlər. Azərbaycan müstəqillik illərində İrana qarşı səmimi münasibət sərgiləyib. Hətta İrana qarşı Azərbaycan ərazisindən istifadəyə qətiyyətlə izn verməyib. Erməniləri müdafiə edən İran nankorluq edir. İranın fəaliyyəti islam dəyərlərinə sığmır. İran bu əməllərindən əl çəkməli, mehriban qonşuluq münasibətlərinə üstünlük verib, Azərbaycanla münasibətlərinə ciddi önəm verməlidir. Bundan sonra da Alii Baş Komandanın rəhbərliyi ilə bu kimi təhdidlərə ciddi cavab vermək əzmindəyik"

Əli