• 10 İyul 2025
logo
“Əldə etdiyimiz zəfəri xalqımızın daha yaxşı yaşaması üçün əsas şərtlərdən birinə çevirəcəyik”

“Əldə etdiyimiz zəfəri xalqımızın daha yaxşı yaşaması üçün əsas şərtlərdən birinə çevirəcəyik”

Naqif Həmzəyev: “Qarabağda həyata keçirilən layihələr bir neçə ildən sonra iqtisadiyyatımıza təkan verəcək”

“Cənab Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad olunması üçün əlindən gələni edirdi. O, müharibədən öncə həmişə xalqa əminliklə söz verir və çıxışlarında bidirirdi ki, biz heç vaxt status-kvonun bu cür saxlanılması ilə barışmayacaq, Azərbaycan torpaqlarının işğaldan azad ediməsi üçün döyüşəcək torpaqlarımızı işğaldan azad edəcəyik”. Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib. Millət vəkili bildirib ki, 2016-cı ilin aprel döyüşlərində də Azərbaycan torpaqlarını döyüşərək azad etmək istədi: “Amma həmin vaxt Ermənistanın havadarları döyüşün dayandırılmasını istədilər və problemin süıh yolu ilə həll edəcəklərinə söz verdilər. Ancaq təəssüflər olsun ki, onlar bu sözlərini tutmadılar və Ermənistanın həyata keçirdiyi işğal siyasətinə son qoymaq üçün tək və yeganə yolu savaş idi. Bunu da Azərbaycan 44 günlük Vətən Müharibəsində etdi. Prezident İlham Əliyev həmişə ordu quruculuğuna çox böyük önəm verir, gənclərin vətənpərvər ruhda tərbiyə edilməsi, dövlətə, millətə, vətənə bağlı olması üçün xüsusi ideoloji əsaslara diqqət ayırırdı. Vətən Müharibəsində də bütün bunlar öz nəticəsini verdi. Ordumuzun əksər hissəsini təşkil edən gənclər qanları, canları bahasına torpaqlarımızı işğaldan azad etdilər. Artıq Vətən Müharibəsinin başlanmasından bir il ötdü və biz bu günü anım günü olaraq qeyd edirik. Bu şərəfli tarixdir. Fəxrlə deyirik ki, şanlı tarixi yaşamış və zəfər çalmış xalqın övladlarıyıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Biz şəhidlərimizin ruhu qarşısında baş əyirik. Əminliklə deyə bilərik ki, qazandığımız qələbə bizim daha qürurlu və güclü olmağımızı şərtləndirən əsas amillərdən biridir və nə qədər ki, Azərbaycan, xalqımız, bəşəriyyət var biz borclu olduğumuz şəhidlərimizi, qazilərimizi unutmayacağıq. Eyni zamanda Ali Baş Komandan, Prezident İlham Əliyevə borcluyuq ki, lider olaraq bizi bu zəfərə doğru apardı, bizə bu qələbəni yaşatdı, alnımızdakı bu qara ləkəni sildi. Biz bu gün dünyanın ən qürurlu, məğrur xalqı, dövlətiyik. Biz əminliklə deyə bilərik ki, əldə etdiyimiz bu zəfəri xalqımızın sosial rifahının yaxşılaşması, xalqımızın daha yaxşı yaşaması üçün əsas şərtlərdən birinə çevirəcəyik. Qarabağ, Şərqi Zəngəzurda həyata keçirilən layihələrin bir neçə ildən sonra iqtisadiyyatımıza verəcəyi təkan dövlətimizin daha güclü olmasını şərtləndirəcək”.

Əli Zülfüqaroğlu