• 12 İyul 2025
logo
“Prezident Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini qeyd elədi”

“Prezident Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini qeyd elədi” - Əziz Əlibəyli

“Prezident İlham Əliyev Anadolu Agentliyinə müsahibəsində Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini qeyd elədi”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib. O, diqqətə çatdırıb ki, dövlət başçısı Rusiya ilə bağlı detalları qiymətləndirərkən vurğuladı ki, ümumiyyətlə Rusiya sülməramlılarının fəaliyyətindən razıyıqsa, onun vasitəsilə həyata keçirilən siyasətin bəzi koordinatları ilə bağlı ümumi istiqamətlər üst-üstə düşür: “Lakin burada müəyyən dərəcədə fərqlər var. İlk növbədə Ermənistan tərəfi Rusiya adından da tez-tez istifadə edir, təxribat xarakterli məlumatlar yayır. İkincisi isə Ermənistan rəsmiləri Rusiyaya səfər çərçivəsində bəzən Azərbaycana yönəlik bəyanatların səsləndirilməsinə səbəb olurlar.
Üçüncüsü silahlanma ilə bağlı Azərbaycan tərəfi Laçın dəhlizi vasitəsilə baş verən prosesləri izləyir, nazətdə saxlayır. Bununla bağlı Rusiya tərəfinə də etirazını bildirib ki, lazım olan addımları ata bilərik. Amma ümumilikdə 3+3 formatı imkan verir ki, bölgənin bütün ölkələri, o cümlədən Rusiya da Zəngəzur dəhlizi reallaşarsa bundan yararlansın, iqtisadi maraqlarını təmin edə bilsin. Prezidentin Rusiyaya yönəlik fikirləri məhz bundan ibarət idi ki, bizim kifayət qədər imkanlarımız var, ümumiklikdə Qarabağ məsələsində Rusiyanın mövqeyindən razıdır. Lakin Ermənistanla bağlı yanaşmaya gəldikdə, ümumiyyətlə imkan vermək lazım deyil ki, bu ölkə növəti dəfə cəzalandırlacağına səbəb olacaq addımlar atsın. Digər bir fikir isə dövlət başçısının Rusiyanın Minsk qrupunun həmsədri kimi fəaliyyətindən razı qalmaması ilə bağlı idi. Birmənalı şəkildə 30 il ərzində Minsk qrupunun bir təklif verməməsi əksinə işğalı leqallaşdırmağa yönəlik addımları Azərbaycanın həmişə etirazlarına səbəb olub”.
Türkiyə ilə münasibətlərə gəldikdə isə ekspert diqqətə çatdırdı ki, bu, xüsusilə “Şuşa Bəyannaməsi”ndən sonra yeni bir mərhələ təşkil edir: “Bölgədə yeni siyasi dizaynın ortyaya çıxması, Azərbaycan Türkiyə və Azərbaycan-Türkiyə-Pakistan hərbi ittifaqının yaranması, bu dairənin daha da genişlənməsi, türk dövlətləri birliyi ilə bağlı prosesin getdikcə dərinləşməsinin ayrıca bir özəlliyi var. Prezidentin Türkiyə ilə bağlı ifadə etdiyi mövqe gələcəkdə daha böyük imkanların, hətta “iki ölkə bir ordu” anlamına gələn məşhur ifadənin reallaşmasına gətirib çıxarır. Bütün bu ifadələrin özü göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri hansı həddədir”.

Əli Zülüfqaroğlu