• 23 Aprel 2024
logo
Peter Siyarto: "Azərbaycanın mədəniyyətlərarası əməkdaşlığı gücləndirmək sahəsində gördüyü işlər təqdirəlayiqdir"

Peter Siyarto: "Azərbaycanın mədəniyyətlərarası əməkdaşlığı gücləndirmək sahəsində gördüyü işlər təqdirəlayiqdir"

"Qarabağda dağıdılmış ibadət yerlərinin və mədəni irs nümunələrini bərpası üçün Azərbaycana kömək etməyə hazırıq"
Bunu Avropa Şurası Parlament Assambleyasının payız sessiyası zamanı çıxışında Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.
O bildirib ki, Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi təşəbbüsü ilə Macarıstanın Vesprem şəhərinin Avropanın mədəniyyət paytaxtı elan edilməsi üst-üstə düşür. Nazir qeyd edib ki, bu baxımdan Macarıstan Azərbaycanla mədəniyyətlərarası dialoqun təşviqi üçün birgə işləmək qərarına gəlib.
Peter Siyarto vurğulayıb ki, Azərbaycanın mədəniyyətlərarası əməkdaşlığı gücləndirmək sahəsində gördüyü işlər təqdirəlayiqdir.