• 20 Aprel 2024
logo
Zakir Həsənov Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb

Zakir Həsənov Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb - FOTO

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.
Qeyd olunub ki, görüşdə general-leytenant Rüstəm Muradov da iştirak edib.