• 10 İyul 2025
logo
Azərbaycan XİN Türkmənistanın Müstəqillik Gününü təbrik edib

Azərbaycan XİN Türkmənistanın Müstəqillik Gününü təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Bu barədə XİN-in “Twitter” hesabında paylaşım edilib.
“Qardaş Türkmənistanı müstəqilliyinin 30-cu il dönümü münasibətilə səmimi qəlbdən təbrik edirik. Müstəqillik Günün mübarək, Türkmənistan!”, - XİN-in təbrikində qeyd olunub.