• 20 Oktyabr 2021
logo
Gələn ilin dövlət büdcəsinin və icmal büdcənin layihələri təsdiqlənib

Gələn ilin dövlət büdcəsinin və icmal büdcənin layihələri təsdiqlənib

Hökumət gələn ilin dövlət büdcəsinin və icmal büdcənin layihələrini bəyənib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, "Azərbaycan Respublikasının 2022-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "Azərbaycan Respublikasının 2022-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri" bəyənilib.
Qeyd olunan layihələr "Büdcə sistemi haqqında" Qanunda nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.