• 20 Oktyabr 2021
logo
BMT İHŞ-da Azərbaycanın təşəbbüsü ilə minaların insan hüquqlarına təsirinə dair birgə bəyanat səsləndirilib

BMT İHŞ-da Azərbaycanın təşəbbüsü ilə minaların insan hüquqlarına təsirinə dair birgə bəyanat səsləndirilib

BMT-nin insan Hüquqları Şurasının (İHŞ) davam edən 48-ci sessiyası çərçivəsində 24 sentyabr 2021-ci il tarixində Şuranın gündəliyinin 4-cü bəndi (İHŞ-nin diqqətini tələb edən vəziyyətlər) üzrə ümumi müzakirələr zamanı Azərbaycanın təşəbbüsü və dünyanın müxtəlif regionlarından olan 27 BMT üzv dövlətinin həm-müəllifliyi ilə minaların insan hüquqlarına təsiri mövzusunda birgə bəyanat səsləndirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, İHŞ çərçivəsində bu mövzuda ilk dəfədir ki, səsləndirilən bəyanatda piyada əleyhinə minaların insan hüquqlarına, o cümlədən yaşayış, sağlamlıq, təhlükəsizlik və sosial-iqtisadi hüquqlara mənfi təsiri mövzusuna toxunulur və dövlətlər minalardan təmizləmə sahəsində əməkdaşlığa, həmçinin təcrübə və məlumat mübadiləsinə dəvət olunur.
Bəyanatda, həmçinin BMT və onun ixtisaslaşmış qurumları və digər dövlətlər minalardan zərər çəkmiş dövlətlərə dəstək olmağa çağırılır.