ABŞ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması üzrə işini davam etdirəcək.
Bunu ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma rejimin təmsilçisi Masis Mayilyanın ABŞ ərazisinə daxil olması barədə sualı cavablandırarkən bildiriblər.
Məlumatda qeyd olunur: “Biz bilirik ki, Konqresin bəzi üzvləri Dağlıq Qarabağ regionundan qonaqları qəbul edir. ABŞ bütün digər ölkələr kimi Dağlıq Qarabağdakı rejimi tanımır. ABŞ ATƏT-in Minsk qrupu prosesini dəstəkləyir və münaqişənin Helsinki yekun aktında əks olunan güc tətbiq olunmaması, ərazi bütövlüyü və xalqların müqəddəratını təyin etmə prinsipləri əsasında danışıqlar yolu ilə nizamlanmasına nail olmaq üçün işini davam etdirəcək”.