• 20 Aprel 2024
logo
“Prezidentin çıxışında sərt tənqid və xəbərdarlıq var”

“Prezidentin çıxışında sərt tənqid və xəbərdarlıq var” - Sahib Alıyev

“BMT Baş Assambleyasının 76-cı sessiyasında Prezident İlham Əliyevin videoformatda təqdim edilən çıxışında sərt tənqid vardı”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib. O, diqqətə çatdırıb ki, dövlət başçısının çıxışında eyni zamanda tənə, təbliğ, böyük güclərin bəzi kiçikliklərini üzlərinə demək, çağırışı, qlobal xarakterli təşəbbüs və nəhayət, xəbərdarlıq nəzərə çarpır: “Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasınıdakı çıxışında sözü gedən qurumun qətnamələrinin yerinə yetirilməsində ikili standartlara, selektivliyə yol verən, üzərlərinə götürdükləri vasitəcəilik missiyasını gərəyincə yerinə yetirməyən, işğalçı Ermənistana yanaşmada yenə də havadarcasına davranan, onu revanşizmə həvəsləndirən güclərin yarıtmazlıqlarını üzlərinə deməklə yanaşı xəbərdarlıq da etdi: "Biz yenidən öz suverenliyimizə, ərazi bütövlüyümüzə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid görsək, legitim özünümüdafiə hüququmuzdan heç bir tərəddüd etmədən istifadə edəcəyik".
Burada xatırlatmaq istərdim ki, ötən il məhz elə bu gün yenə BMT Baş Assambleyasının sessiyasında videoformatda etdiyi çıxışında cənab İlham Əliyev Ermənistanın savaş hazırlığı gördüyünü, baş verəcəklərə görə işğalçı ölkənin məsuliyyət daşıyacağını bildirmişdi. Aradan 3 gün keçəndən sonra o, necə demişdisə, elə də oldu. Ermənistan savaşa başladı və cavabını aldı”.

Əli