• 26 Aprel 2024
logo
BMTM sədri: “Təəssüf ki, Ermənistan sülh sazişi məsələsinə qeyri-konstruktiv yanaşır”

BMTM sədri: “Təəssüf ki, Ermənistan sülh sazişi məsələsinə qeyri-konstruktiv yanaşır”

“Aydındır ki, Cənubi Qafqazda və onun ətrafında olan ölkələr arasında müəyyən problemlər var”.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O, Gürcüstan və Rusiya arasında problemlərin olduğunu xatırladıb: “Azərbaycanla Ermənistan arasında problemlər də hələ həll olunmayıb. Gündəlikdə sülh sazişi var. Təəssüflər olsun ki, Ermənistan bu məsələyə qeyri-konstruktiv yanaşır. Türkiyə və Azərbaycan rəhbərləri tərəfindən “3+3” formatı təklif olunur. Çox güman ki, yaxın vaxtlarda bu formatın yaranması çox çətin məsələdir. Düşüncə mərkəzləri səviyyəsində çalışırıq ki, müxtəlif “üçlü”, “dördlü” platformalarda müxtəlif məsələləri müzakirə edək. Hazırda İran-Türkiyə-Azərbaycan formatını ərsəyə gətirməyə çalışırıq. Gələn həftə Moskvaya səfərə gedəcəm. Orada İran, Rusiya, Azərbaycan formatında danışıqlara çalışacağıq”.