• 25 Aprel 2024
logo
“Bəzi ölkələr münaqişənin tənzimlənməsində maraqlı deyillər”

“Bəzi ölkələr münaqişənin tənzimlənməsində maraqlı deyillər”

Musa Qasımlı: “Yeni qarşıdurma Ermənistana müsbət heç nə vəd etmir”

“ABŞ-ın Ermənistandakı səfrinin məlum açıqlamaları bir daha göstərir ki, bəzi ölkələr münaqişənin tənzimlənməsində maraqlı deyillər”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında millət vəkili Musa Qasımlı deyib. Musa Qasımlı bildirib ki, onlar Azərbaycan-Ermənistan münasibətlərini gərginləşdirməklə yenidən regiona daxil olmaq, möhkəmlənmək, münaqişələrdən istifadə edərək öz siyasətlərini yürütməyə çalışırlar: “Minsk Qrupu 1992- ci ildən bəri heç bir səmərəli fəaliyyət göstərməyib və onların məqsədi təkrarən bu regionu geri atmaqdır. Regionun inkişafı kommunikasiyaların açılmasından, Moskvada imzalanmış üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsindən və əməkdaşlıqdan keçir. Digər ölkələr regiona yersiz müdaxilə etdikdə qarşıdurma yaranır. Düşünürəm ki, ABŞ səfirinin bəyanatı ilk növbətə Ermənistanın əleyhinədir. Yeni qarşıdurma Ermənistana müsbət heç nə vəd etmir”.

Əli Zülfüqaroğlu