• 27 Oktyabr 2021
logo
“İşğalçılıq siyasəti aparmaq istəyənlər hərbi gücümüzü görəcəklər”

“İşğalçılıq siyasəti aparmaq istəyənlər hərbi gücümüzü görəcəklər”

“Azərbaycan və Türkiyənin həyata keçirdiyi birgə hərbi təlimlər bu günə qədər olan yanaşmanın davamıdır”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Araz Aslanlı deyib. “Bu yanaşma nədən ibarət idi? Biz, sülhü qoruyacağıq, əməkdaşlıq mühiti yaradacağıq, beynəlxalq hüququn tam bərpa olması üçün çalışağacağıq”,- deyən siysi ekspert bildirib ki, amma kimlərsə dağıdıcı davranmaq, sülh mühitini pozmaq, işğalçılıq siyasəti aparmaq istəyirsə onlar qarşısında bizim hərbi gücümüzü, dəmir yumruğumuzu da görəcəklər: “Yanaşma bundan ibarətdir. Hazırki Türkiyə-Azərbaycan hərbi təlimləri də əslində eyni yanaşmanın davamıdır. Yəni burada xüsusi olaraq hansısa dövlətə güc göstərmək, mənfi mesaj vermək məqsədi yoxdur. Məqsəd kimsə regionda dağıdıcılıqla, qeyri-sabitlik yaratmaqla məşğul olacaqsa bunun qarşısını almaqdır. Türkiyə-Azərbaycan İttifaqı bütün sahələrdə əməkdaşlıq etməklə başqalarını narahat etməyə, zərər verməyə hesablanmayıb. Amma regionda kimsə zərərvermə siyasəti həyata keçirməyə cəhd edəcəksə bu güc onun qarşısında olacaq”.

Əli