• 1 Dekabr 2020
logo
Bələdiyyə seçkilərində iştirak üçün 8128 nəfər MSK-ya müraciət edib

Bələdiyyə seçkilərində iştirak üçün 8128 nəfər MSK-ya müraciət edib

Bu il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 8128 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.
Bu barədə MSK-nın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.
Onun sözlərinə görə, müraciət edən namizədlərdən 2896-ı təsdiq olunub, digər namizədlərin isə müraciətlərinə baxılır.