• 26 Oktyabr 2021
logo
“İranın verdiyi mesajın ünvanı düzgün seçilməyib”

“İranın verdiyi mesajın ünvanı düzgün seçilməyib” - Əziz Əlibəyli

“İranın keçirdiyi təlimlərdə verdiyi mesajın ünvanı düzgün seçilməyib”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli deyib. Ekspert bildirib ki, İranın təlim adı ilə güc nümayiş etdirməsi iki ölkə arasındakı mövcud münasibətlərə ciddi zərər verir: “Hesab edirəm ki, bizim əməkdaşlığımız üçü imkanlar olduqca genişdir. Regionda xüsusilə də münaqişəli vəziyyət yaradan Ermənistanın cəzalandırılmasından sonra yeni imkanlar əldə edilib. Bu baxımdan məncə çalışmaq laızmdır ki, bütövlükdə regionda formalaşacaq iqtisadi imkanlardan hər kəs, o cümlədən də hazırda sanksiyalara məruz qalan, iqtisdiyyatı can verən İran yararlansın. Ona görə də iqtisadi imkanlar İran üçün daha cazibədar olmalıdır. Bu baxımdan da İranın məhz Azərbaycanın sərhəddində, müxtəlif şüarlarla belə bir təlim icra etməsi təbii ki, Azərbayacana yönəlik mesajları özündə əks etdirir. Amma bu mesajlarla bağlı Azərbaycan tərəfi öz bitərəfliyini qoruyacaq. Azərbaycan öz təhlükəsizliyinə təhdidi hər zaman aradan qaldırmağa qadirdir. Ordumuz sözsüz ki, qonşu ölkələrlə bağlı qeyri-sivil planlarla hərəkət eləmir. Biz, öz torpaqlarımızda həmin əməliyyatları aparmışıq. Bu gün İran ordusunun təlim həyata keçirdiyi torpaqlarla üzbəüz olan Azərbaycan əraziləri 30 il idi ki, işğal altında idi. Biz, hərbi əməliyyatlar apararaq tprpaqlarımzı işğaldan azad etmişik. İran ən azından bir müsəlman ölkəsi kimi də bu məsələləri mütləq şəkildə nəzərdə saxlamalıdır”.

Əli Zülfüqaroğlu