• 24 Aprel 2024
logo
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Perm Dövlət Universitetində baş vermiş silahlı insidentlə əlaqədar olaraq Rusiyaya başsağlığı verib.
Bu barədə XİN-in "Twitter" səhifəsində bildirilib.
“Rusiya xalqına, Perm Dövlət Universitetinə edilən hücumda həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını arzulayırıq”, - deyə qeyd edilib.
Qeyd edək ki, Perm Dövlət Universitetində tələbə travmatik silahdan atəş açıb. Hadisə nəticəsində 8 nəfər ölüb, 28 nəfər yaralanıb.