• 27 Aprel 2024
logo
“O gün həm də işğalçı Ermənistan üçün geriyə sayım başladı”-millət vəkili

“O gün həm də işğalçı Ermənistan üçün geriyə sayım başladı”-millət vəkili

“Düz 27 il bundan öncə imzalanan "Əsrin müqaviləsi" təkcə Avrasiyanın enerji xəritəsini dəyişmədi, Xəzərin karbohidrogen ehtiyatlarını dünya bazarına çıxarmaqla Azərbaycanın və digər türk dövlətlərinin müstəqillik potensialını böyük ölçüdə artırmadı, o gün həm də işğalçı Ermənistan üçün geriyə sayım başladı”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib. Millət vəkili “biz tam əminliklə deyə bilərik ki, "Əsrin müqaviləsi" olmasaydı, 44 günlük savaş zamanı Azərbaycan Ordusunun sərgilədiyi hərbi- texniki üstünlük də mümkün deyildi”, - deyə diqqətə çatdırıb: “Orasını da deyək ki, o günlər Azərbaycan işğalçıya ötürülən 7 ədəd S-300, "Тоr-М2КМ" zenit raket, "Avtobaza-M" radiotexniki kəşfiyyat komplekslərini və tərifi göyə qaldırılan digər hərbi texnikalarını göyə sovurmaqla onu hər cür silah-sursatla təhciz edənləri heç də Ermənistandan az sarsıtmadı. Bu, elə onlar üzərində də zəfər və üstünlük idi. Azərbaycana atılan "İsgəndər-M" raketlərinin Paşinyanın təbirincə desək, cəmisi 10 faiz effektliliyin də arxasında duran sirr də bizim onu zərərsizləşdirən Hava Hücumundan Müdafiə Sistemimizin olmasaydı.
Yəni bu savaşda Azərbaycan ordusu göstərdi ki, necə əsgərlərimiz düşməndən qat-qat cəsur idisə, eləcə də hərbi mütəxəssislərimiz ondan və ona dəstək verənlərdən bir o qədər artıq peşəkar, texnikamız isə üstün idi.
Bir daha vurğulayıram ki, bu üstünlüyün himni məhz 20 sentyabr 1994-cü ildə "Əsrin müqaviləsi", dahi Heydər Əliyevin işləyib-hazırladığı neft-qaz strategiyasıyla qoyuldu.
Bu anlaşmanın nəyə aparıb çıxaracağını bilmələri səbəbindən idi ki, həmən gün təkcə Ermənistan deyil, o vaxt da, bu gün də acıq və gizli dəstək aldığl iki böyük dövlət də müqavilədə onlara da müəyyən pay ayrılmasına baxmayaraq eynən 44 günlük savaşda olduğu kimi özlərini ölüsü ölmüş kimi aparırdılar.
Ona görə də bu gün neftçilərimizlə yanaşı hamımızın bayramıdır, əziz Şuşa başda olmaqla işğaldan qurtulan torpaqlarımızın bayramıdır, bayramımız qutlu olsun!”.

Əli