• 29 Mart 2024
logo
İƏT Ombudsmanlar Assosiasiyası Baş katibinin müşaviri: "Şuşada dağıdılmış dini, mədəni abidələri gördük, bu, dəhşətlidir"

İƏT Ombudsmanlar Assosiasiyası Baş katibinin müşaviri: "Şuşada dağıdılmış dini, mədəni abidələri gördük, bu, dəhşətlidir"

"Biz işğaldan azad olunan Şuşa və Ağdama, eyni zamanda Tərtərdə səfər etdik. Çoxlu minalanmış ərazilərə gördük. Şuşaya daxil olanda dağıdılmış dini, mədəni abidələri gördük. Bu, dəhşətlidir, bu qədər tarixi mədəni abidələrin dağıdılmasını görmək. Çox pis vəziyyətə salınmış muzeyləri, məscidləri gördük, dağıdılmasının şahidi olduq".
Bunu mətbuat konfransında İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Baş katibinin müşaviri Muhammed Caved Qane bildirib: "Ağdamda da eyni vəziyyəti gördük. Bura tamamilə dağıdılmış şəhərdir. Orada məqbərələri ziyarət etdik, tamamilə dağıdılmasının şahidi olduq. Şəhərə girəndə artıq başa düşülür ki, bura yaşayış üçün əlverişli deyil, tamamilə dağıdılıb. Tərtərdə isə müharibə zamanı sivil obyektlərə olan hücum nəticəsində binaların dağıdılmasının, qadağan olunmuş silahlardan istifadə olunmasını və həmin raketi orada gördük. Raket hücumları nəticəsində dağıdılan evlərə baş çəkdik. Əsas çətinliklərdən biri minalardır. Biz topladığımız faktları hazırlayacağımız hesabatda qeyd edəcəyik".